AZ

İngiltərə klubu İsmayıl Yüksək üçün "Beşiktaş" - "Fənərbağça" derbisində olacaq

“Brayton” “Fənərbağça”nın yarımmüdafiəçisi İsmayıl Yüksəki heyətinə qatmaq niyyətindədir.

Fanat.Az xəbər verir ki, İngiltərə klubu futbolçunu yaxından izləyir və onun oyununu canlı izləmək üçün nümayəndələrini İstanbula göndərir.

Türkiyəli jurnalist Yağız Sabuncuoğlunun məlumatına görə, “Brayton” skautları noyabrın 2-də keçiriləcək “Beşiktaş” – “Fənərbağça” derbisini stadiondan izləyəcəklər. Klubun nümayəndələrinin əsas məqsədi İsmayıl Yüksəkin performansını dəyərləndirmək və potensial transfer üçün ilkin rəy formalaşdırmaqdır.

İsmayıl Yüksək bu mövsüm “Fənərbağça”nın əsas oyunçularından biri kimi diqqət çəkir. Yüksək oyun intizamı, top qazanma bacarığı və dinamizmi ilə Premyer Liqa klublarının marağını cəlb edib.

Kamil Xudiyev

Seçilən
12
1
fanat.az

2Mənbələr