AZ

İstanbulda 1500-dən çox terror şübhəlisi həbs edilib

Bir il ərzində İstanbulda 1500-dən çox terror şübhəlisi həbs edilib. Ümumilikdə ölkənin təhlükəsizlik qüvvələri təxminən 3000 nəfəri saxlayıb: “Saxlanılan şübhəlilərdən 1526-sı həbs edilib, 841-i şərti cəza alıb, 55-i isə həbsdən azad edilib.”, – İstanbul Baş Prokurorluğundan bildirilib.

Editor.az xəbər verir ki, nəzarət orqanının məlumatına görə, həbsdən azad edilənlərin təxminən 40%-i terrorçu qrupların tərkibi və onların fəaliyyətləri barədə dəyərli məlumatlar verib.

Daha əvvəl bildirilmişdi ki, oktyabrın sonlarında Türkiyə təhlükəsizlik qüvvələri İŞİD ilə əlaqəli 20-dən çox şəxsi saxladığı əməliyyat keçirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
24
editor.az

1Mənbələr