AZ

Əfsanə oğluna görə işindən ayrıldı

“Mançester Yunayted”in və İngiltərə millisinin əfsanəvi keçmiş yarımmüdafiəçisi Pol Skoulz ailəvi səbəblərə görə televiziya eksperti kimi fəaliyyətini dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, 50 yaşlı ingilisin belə qərar verməsinə oğlu Eydenlə bağlı vəziyyət təsir edib. Eydenin uşaq yaşlarında qeyri-verbal autizm diaqnozu qoyulub və indi o, daimi nəzarətə ehtiyac duyur.

Vəziyyəti çətinləşdirən məqamlardan biri də Skoulzun 5 il əvvəl 27 illik evlilikdən sonra həyat yoldaşından boşanmasıdır. Hazırda cütlük oğullarına 3 günlük növbə ilə baxır.

Seçilən
14
publika.az

1Mənbələr