“Real Madrid” “Bornmut”un futbolçusu Antuan Semenyonu transfer edə bilər. Metbuat.az xəbər verir ki, bu barədə "Uotford"un keçmiş hücumçusu Troy Dini talkSPORT-a müsahibəsində açıqlama verib. O bildirib ki, futbolçu uğurlu oyununu davam etdirərsə, “Real”a transfer ola bilər. Futbolçunun adı "Mançester Yunayted" və "Liverpul", "Tottenhem" və "Real Madrid"lə hallanır. Qeyd edək ki, Antuan Semenyon bu mövsüm "Bornmut"un heyətində 9 Premyer Liqa oyununda 6 dəfə fərqlənib və üç məhsuldar ötürmə edib. Bu performans “Bornmut”un liqada ikinci yerə yüksəlməsində mühüm rol oynayıb.