AZ

Əfqanıstan və Pakistan razılığa gəldilər

Kabil və İslamabad münasibətlərin normallaşmasını təmin etmək üçün yeni danışıqlar barədə razılığa gəliblər.

Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahidin sözlərinə görə, razılaşmalar İstanbulda keçirilən və Qətərin də iştirak etdiyi məsləhətləşmələr zamanı əldə edilib: “İstanbul danışıqları mürəkkəb olsa da, tərəflərin həll olunmamış məsələləri müzakirə etmək üçün yenidən görüşmək barədə razılığa gəlməsi ilə başa çatıb.”, – Zəbihullah Mücahid deyib. Mücahidin sözlərinə görə, tərəflər bir-birinin maraqlarını qarşılıqlı nəzərə almağa əsaslanan dialoq qurmağa çalışırlar. O, vasitəçilik səylərinə görə Ankara və Dohaya təşəkkür edib. Növbəti görüşün də 6 noyabrda İstanbulda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Əfqanıstan və Pakistan arasında münaqişə 15 oktyabrda başlayıb. Tərəflər sərhəddə atəş açıblar və daha sonra atəşkəs barədə razılığa gəlinib.

//Samir Qurbanov, Editor.az

Seçilən
21
editor.az

1Mənbələr