AZ

Almaniya Ermənistana 152 milyon verəcək

Berlin İrəvana qrantlar və kreditlərlə dəstək verəcək. Ümumi maliyyə dəstəyinin 152 milyon avro təşkil edəcəyini Ermənistanın maliyyə naziri Gevorq Papoyan açıqlayıb.

Editor.az xəbər verir ki, Papoyan qeyd edib ki, qrantların məbləği 20 milyon avrodan bir qədər az, qalan məbləğ isə kreditlər şəklində olacaq. Nazir faiz dərəcəsinin “çox aşağı, sıfırdan bir qədər yuxarı” olduğunu bildirib.

Papoyan bildirib ki, Almaniya vəsaitləri kiçik və orta sahibkarlığı, yaşıl enerjini, su təchizatını və digər layihələri dəstəkləmək üçün istifadə olunacaq.

//Samir Qurbanov, Editor.az

 

Seçilən
25
editor.az

1Mənbələr