AZ

Pentaqon Ukraynaya “Tomahawk” raketlərinin verilməsini təsdiqlədi

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya uzaqmənzilli “Tomahawk” qanadlı raketlərinin verilməsi imkanını təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Qeyd olunur ki, məsələ ilə bağlı yekun qərar ABŞ prezidenti Donald Trampın ixtiyarındadır.

Mənbənin bildirdiyinə görə, Pentaqon artıq bu silahların texniki transferi və operativ tətbiqi üçün zəruri mexanizmləri nəzərdən keçirib. Raketlərin Ukraynanın müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracağı, xüsusən də uzaq məsafəli hədəflərə zərbələr endirmək imkanını genişləndirəcəyi vurğulanır.

Xatırladaq ki, “Tomahawk” raketləri ABŞ ordusunun ən effektiv uzaqmənzilli zərbə vasitələrindən sayılır və 1 600 kilometrədək məsafədəki hədəfləri dəqiqliklə vurmaq qabiliyyətinə malikdir.

Rəsmi Vaşinqtonun bu qərarı bölgədə qüvvələr balansına mühüm təsir göstərə bilər.  

 

Musavat.com

88c34d71-c06c-44d2-899f-276f4910d443.jpeg

Seçilən
18
27
musavat.com

10Mənbələr