...Əlverişli qiymətə satılan Citroen Ami elektrik avtomobili xüsusi Dark Side nəşrini əldə edib.
Bu avtomobili 16 yaş və yuxarı şəxslər sürücülük vəsiqəsi olmadan idarə edə bilərlər.
Miniatür elektrik avtomobili Halloueen bayramına tam vaxtında təqdim edilib.
SİA xəbər verir ki, Stellantis Qrupunun rəsmi veb saytına görə, Citroen Ami Dark Side-ın qiyməti 8890 avro (10300 ABŞ dolları) təşkil edir.Yeni Citroen Ami Dark Side standart modeldən daha qəribə görünür. O, mat qara "Qara Gecə" boya ilə örtülüb və piksel naxışlı unikal 14 düymlük təkərlər ilə ziddiyyət təşkil edir.
Ön hissədə təbəssüm kimi dizayn var və damda spoyler quraşdırılıb.
Citroen Ami-nin interyeri əksər komplektasiya səviyyələrində tünd rəngdədir. İçəridə əlavə saxlama böl
Texniki cəhətdən Citroen Ami Dark Side elektrik avtomobili standart modellə eynidir.
Cəmi 485 kq çəkisi olan 2,4 metr uzunluğundakı nəqliyyat vasitəsi 8 at gücündə elektrik mühərriki və 5,5 kVt/saat batareya ilə təchiz olunub.
Maksimum sürəti 45 km/saat, məsafəsi isə 75 km-dir.
Bəzi AB ölkələrində sürücülük vəsiqəsi olmadan 16 yaşdan etibarən avtomobil idarə etməyə icazə verilir.
Nazlı Almuradova