AZ

Pentaqon Ukraynaya “Tomahawk” raketlərinin göndərilməsinə razılıq verib

Raketlərin Ukraynaya göndərilməsi ilə bağlı don qərarı Tramp verəcək..

Poliqon xəbər verir ki, CNN telekanalının üç amerikalı və avropalı rəsmiyə istinadən yaydığı məlumata görə, Pentaqon Ukraynaya uzaqmənzilli “Tomahawk” raketlərinin tədarükünə “yaşıl işıq” yandırıb. ABŞ Müdafiə Nazirliyinin qiymətləndirməsinə əsasən, bu addım ABŞ-nin öz hərbi arsenalına mənfi təsir göstərməyəcək.

Mənbələrin sözlərinə görə, məsələ ilə bağlı yekun qərar Ağ Ev tərəfindən qəbul edilməlidir və son söz hazırkı prezident Donald Trampa məxsusdur.

Xatırladaq ki, 17 oktyabrda Ağ Evdə keçirilən görüş zamanı ABŞ prezidenti Tramp Ukrayna lideri Volodimir Zelenski ilə müzakirələr zamanı “Tomahawk” raketlərinin Kiyevə göndərilməsini hələlik planlaşdırmadığını bildirmişdi.

Analitiklər qeyd edirlər ki, bu qərar ABŞ administrasiyasının Ukraynaya hərbi dəstəyinin gələcək istiqamətini müəyyən edəcək və Vaşinqtonun Avropadakı müttəfiqləri ilə koordinasiyasına təsir göstərə bilər.

Poliqon.info

Seçilən
34
27
poliqon.info

10Mənbələr