AZ

“Nitsa” vaxtilə Xviçanı transfer etmək istəyib

Fransanın “Nitsa” klubu vaxtilə gürcü hücumçu Xviça Kvaratsxeliyanın transferinə çox yaxın olub.

90deqiqe.Az “L'Équipe”yə istinadən xəbər verir ki, danışıqlar 2021/2022 mövsümünün ortalarında, futbolçu Rusiyanın “Rubin” klubunda çıxış edərkən aparılıb. “Nitsa” rəhbərliyi Kvaratsxeliyanın Rusiya Premyer Liqasındakı oyunundan təsirlənərək onunla müqavilə bağlamaq istəyib.

Lakin transfer administrativ səbəblər üzündən baş tutmayıb. Futbolçunun agentinin Fransada danışıqlar aparmaq üçün zəruri qeydiyyatı olmayıb, həmçinin onun transfer tələbləri klub üçün çox yüksək qiymətləndirilib.

Nəticədə Kvaratsxeliya “Rubin”dən ayrılaraq qısa müddət “Dinamo” (Batum) klubunda çıxış edib, daha sonra isə İtaliyanın “Napoli”si ilə müqavilə imzalayıb.

Qeyd edək ki, hazırda 24 yaşlı futbolçu 2025-ci ilin yanvarından etibarən PSJ klubunun formasını geyinir.

Seçilən
13
90deqiqe.az

1Mənbələr