GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın artan təzyiqi və Latın Amerikası respublikasına mümkün zərbələrlə bağlı yayılan məlumatlar fonunda Rusiyadan hərbi dəstək istəyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti prezidentin müvafiq məktubunun hazırlanmasını təsdiqləyən sənədlərə istinadən məlumat yayıb.
Nəşrin iddiasına görə, Maduro müvafiq məktubu Rusiya Prezidenti Vladimir Putinə göndərib.
Mənbələrə görə, Venesuela Rusiyadan raketlər, radar sistemləri və müasir təyyarələr istəyib. Bundan əlavə, sənədlərə görə, Karakas həmçinin Pekin və Tehrandan müdafiəsini gücləndirmək üçün hərbi yardım və avadanlıq xahiş edib. Məktubda “Amerika Birləşmiş Ştatları və Karib dənizi bölgəsindəki müttəfiqlərindən artan təhdid” fonunda müdafiə qabiliyyətlərini gücləndirməyin vacibliyi vurğulanıb.
Sənədlərə görə, əvvəllər hərbi texnika və dronların tədarükünü əlaqələndirən və şəxsən İrana səfər etməyi planlaşdıran Venesuela nəqliyyat naziri Ramon Selestino Velaskes Tehranla əlaqə saxlayır.
Nəşrin məlumatına görə, Venesuela İrandan aşkarlama avadanlığı, GPS cihazları və 1000 kilometr mənzilli dronlar istəyib.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.