AZ

“Çelsi” ilə oyun üçün azarkeşlərimizin enerjisinə ehtiyacımız var”

“Tottenhem”in baş məşqçisi Tomas Frank London derbisindən öncə keçirilən mətbuat konfransında “Çelsi” ilə matç barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis matç öncəsi azarkeşlərin dəstəyinin önəmini vurğulayıb:

“Bu oyun bizim üçün çox vacibdir. Evdə “Çelsi”yə qarşı oynamaq həm unikal, həm də emosional olacaq. Güclü başlamalıyıq və azarkeşlərimizin səsini eşitməliyik. Çərşənbə günü “Nyukasl”da 5 min fanatımız bizi dəstəklədi. İndi həmin enerji bizə yenə lazımdır. Bizim, bəlkə də, dünyanın ən yaxşı stadionu və ən sadiq azarkeşləri var. Onların yaratdığı atmosfer çılğın səviyyədə ola bilər.”

London derbisi noyabrın 1-də Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Seçilən
18
90deqiqe.az

1Mənbələr