Ukraynada rus aktyoru Yuri Kolokolnikovun rol aldığı bir sıra məşhur Qərb filmləri və seriallarının nümayişinə məhdudiyyətlər tətbiq edilib.
Editor.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna mediası, o cümlədən “Polityka Strany” Teleqram kanalı yayıb.
Məlumata görə, Ukrayna Mədəniyyət Nazirliyinin göstərişi ilə bir neçə striminq platforması öz kataloqlarından “Taxt-tac oyunları” (“Game of Thrones”) serialının dördüncü mövsümünü və “Ağ Lotus” (“The White Lotus”) serialının üçüncü mövsümünü çıxarıb.
Bundan əlavə, ölkə ərazisində Kristofer Nolanın “Tenet” filmi və Marvel Studios istehsalı olan “Kraven – ovçu” ekran əsəri də baxış üçün əlçatmaz olub.
//Samir Qurbanov, Editor.az