AZ

Çin siçanları KOSMOSA GÖNDƏRDİ

Çin ilk dəfə siçanları kosmik stansiyaya göndərdi.

İnterpress.az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Şencou-21 missiyası çərçivəsində iki erkək və iki dişi siçan Tiangong stansiyasına çatdırılıb. Onlar çəkisizlik və qapalı mühitin davranışa təsirini öyrənmək üçün müşahidə olunacaq.

Siçanlar 60 gündən çox seçmə və hazırlıq prosesindən keçib.

Onlar 5–7 gün qalandan sonra, Şencou-20 ilə Yerə qayıdacağı bildirilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
43
interpress.az

1Mənbələr