AZ

“Premyer Liqada hər kəs bir-birini məğlub edə bilər”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasındakı rəqabət barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, ispan çalışdırıcı bildirib ki, liqada rəqabət səviyyəsi çox yüksəkdir:

“Münhendə və ya Barselonada işlədiyim dövrdə də daim eşidirdim ki, İngiltərədə hər komanda digərini məğlub edə bilər. Ola bilsin, son illərdə biz və “Liverpul” bu dinamikanı bir qədər dəyişdik. Çünki biz bir neçə mövsüm ardıcıl olaraq 90-dan çox xal topladıq, demək olar ki, 100-ə yaxın. Amma ümumilikdə Premyer Liqada indi elə vəziyyətdir ki, hər kəs bir-birini məğlub edə bilir. Bu, nə “NBA” kimi bir dominant komandanın olduğu, nə də birtərəfli çempionatdır. Məncə, bu, azarkeşlər və futbolun özü üçün çox yaxşı haldır.”

Qeyd edək ki, “Mançester Siti” noyabrın 2-də “Bornmut”u qəbul edəcək.

Seçilən
27
90deqiqe.az

1Mənbələr