AZ

"Nəinki məğlubiyyəti, heç-heçəni də qəbul etmirik" - Pərviz Bayramov

II Liqada debüt mövsümünü keçirməsinə rəğmən uğurlu çıxışı ilə diqqət çəkən "Şirvan" növbəti oyununda "Quba"nın qonağı olacaq. 

Bölgə təmsilçisinin baş məşqçisi Pərviz Bayramov Fanat.Az-a açıqlamasında 7-ci turdakı qarşılaşmadan da qalib ayrılmağa çalışacaqlarını bildirib: 

"Heyətlə bağlı sıxıntımız yoxdur. Baxmayaraq ki, ötən turda "Dinamo" ilə oyunda 3 oyunçumuz zədələnmişdi. Bu müddətdə kubok həftəsi oldu və bizim "ikinci cəbhə"də iştirak etməməyimiz bərpa olunmağa imkan verdi. İki həftə ərzində zədəlilərimiz sıraya döndülər. Bu, bizim üçün çox vacib idi, çünki heyətimiz geniş deyil. Hər oyunçumuz bizim üçün dəyərlidir. 
Qubaya maksimum nəticə üçün yollanacağıq. Şərikli lider olsaq da, hər an mövqeyimizi itirə bilərik. "Quba" ən yaxın izləyicimizdir və bizdən cəmi 2 xal geridədir. Amma nəinki məğlubiyyəti, heç-heçəni də qəbul etmirik. Səfərdən qalib dönüb o biri liderlərdən aralanmamağa çalışacağıq. İlk 6 turdakı uğurlu çıxışımızla kifayətlənmək niyyətində deyilik".

Qeyd edək ki, "Quba" - "Şirvan" oyunu 3 noyabrda baş tutacaq. Quba Olimpiya İdman Kompleksində keçiriləcək matç 14:00-da start götürəcək.   

Mirağa

Seçilən
4
1
fanat.az

2Mənbələr