Missiya.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Venesuela Prezidenti Nikolas Maduro Karib hövzəsində ABŞ Silahlı Qüvvələrinin artan varlığı fonunda Rusiya, Çin və İrandan hərbi dəstəyin genişləndirilməsini xahiş edib.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “ The Washington Post” məlumat yayıb.
Məlumata görə Karakas Rusiyadan radiolokasiya sistemlərinin tədarükünü, döyüş təyyarələrinin təmirini və raket komplekslərinin əldə olunması imkanını istəyib.
İranla hərbi texnika və pilotsuz uçuş aparatlarının tədarükü ilə bağlı danışıqlar aparılır.
Qeyd edək ki, Rusiya, Venesuelanın enerji sahəsində mühüm tərəfdaşı olaraq, birgə neft layihələrində və yataqların kəşfiyyatında iştirak edir. Lakin Rusiyanın imkanları Ukraynada davam edən münaqişə və Qərb sanksiyalarının təsiri səbəbindən məhduddur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.