Uşaqlarda allergik rinit mövsümi dəyişikliklər zamanı daha çox müşahidə olunur. Bu xəstəlik burun axıntısı, tıxanıqlıq, asqırma, göz və burun qaşınması ilə özünü göstərir, adətən hərarət olmur və yoluxucu deyil.
E-saglam.az xəbər verir ki,
qulaq, burun və boğaz üzrə mütəxəssis Dr. Serkan Altıparmak xəbərdarlıq edir ki, polen, toz və duman kimi tetikleyicilərdən qaçınmaq və lazım gəldikdə antihistaminik və nazal kortikosteroid spreylər istifadə etmək uşaqlarda simptomları yüngülləşdirir.
Dr. Altıparmak əlavə edir ki, gözlərin və burunun mütəmadi təmizliyi, evin yaxşı havalandırılması və mövsümi allergiyaya qarşı diqqətli davranmaq simptomların qarşısını almağa kömək edir.
Qeyd edək ki, uşaqlarda allergik rinitin vaxtında müalicəsi və mühitin uyğunlaşdırılması onların rahatlığı və sağlamlığı üçün vacibdir.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az