AZ

“Qol vurmaq futbolda ən vacib məsələdir”

“Yuventus”un baş məşqçisi Lusiano Spalletti komandasının hücumdakı çətinliklərinə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı bu barədə jurnalistlərə açıqlama verib:

“Qollar futbolda ən əsas amildir, çünki onlar qələbə gətirir. Hücum futbolu önəmlidir, amma əsas məsələ komandada birliyin olmasıdır. Oyunçular meydanda nə etməli olduqlarını başa düşməlidirlər” 

Turinlilər “Udineze” ilə son matça qədər 4 oyunda rəqib qapısına yol tapa bilməmişdi.Hazırda “Yuventus” A Seriyasında 9 turdan sonra 15 xalla 7-ci pillədə qərarlaşıb. Turin klubunun növbəti rəqibi “Kremoneze” olacaq.

Seçilən
32
90deqiqe.az

1Mənbələr