Mərakeşin cənubundakı səhra bölgələrində mədən kəşfiyyatı zamanı yüksək konsentrasiyalı qızıl yataqları kəşf edilib. Metbuat.az xəbər verir ki, məlumatlar bölgənin gələcəkdə əsas mədən mərkəzi ola biləcəyini üzə çıxarıb. Məlumata görə, Mərakeş ölkə daxilində ümumilikdə 44 yeni mədən layihəsinə başlayıb və bu layihələr xüsusilə yüksək mədən potensialına malik ərazilərdə cəmləşib. Həmçinin müvafiq dairələr Mərakeşin mədənçilik potensialını artırmaq üçün beynəlxalq əməkdaşlığa müraciət etdiyini vurğulayıb. Ölkənin şimalındakı Nador bölgəsində və cənubundakı Bucedur bölgəsində fəaliyyət göstərəcək beynəlxalq mədən şirkətləri ilə yeni müqavilələr imzalanıb. Rəsmilər yeni kəşf edilmiş ehtiyatların həm milli iqtisadiyyata, həm də regional inkişafa əhəmiyyətli dərəcədə töhfə verəcəyini bəyan ediblər.