“Mançester Siti” bazar günü İngiltərə Premyer Liqasında “Bornmut”u qəbul edəcək.
90deqiqe.Az-ın məlumatına görə, bu qarşılaşma “şəhərlilər”in futbolçusu Fil Foden üçün əlamətdar ola bilər. Komandanın baş məşqçisi Xosep Qvardiola futbolçu haqqında fikirlərini bölüşüb:
“Fodenin bu 200 oyunda göstərdiklərini izləmək mənim üçün böyük şərəf idi. O, bu kluba – ürəyində daşıdığı komandaya – böyük təsir göstərib. Bu, onun yaşı nəzərə alınanda çox önəmli mərhələdir”
25 yaşlı yarımmüdafiəçi Premyer Liqada 200-cü oyununa çıxmaq ərəfəsindədir. Foden indiyədək Premyer Liqada keçirdiyi 199 görüşdə 62 qol vurub, 28 məhsuldar ötürmə ilə yadda qalıb. “Mançester Siti” – “Bornmut” oyunu noyabrın 2-si Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.