AZ

Estoniyanın hava məkanını ilk dəfə olaraq Türkiyə Hərbi Hava Qüvvələri qoruyacaq

2026-cı ilin payızında Baltik ölkələrinin hava məkanının mühafizəsi missiyası çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri Estoniyaya gələcək.

Bizim.Media xəbər verir ki, bu barədə Estoniya xarici işlər naziri Marqus Tsaxkna Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşdən sonra bildirib.

“Türkiyə NATO-nun şərq cinahının müdafiəsində, o cümlədən Baltik ölkələrinin hava məkanını qoruma missiyasında fəal iştirak edir. Biz gələn ilin payızında Emari aviabazasına Türkiyə təyyarələrinin gəlməsini gözləyirik,” — deyə o qeyd edib.

Estoniya naziri həmçinin ölkəsinin Avropa İttifaqının genişlənməsi siyasətinə sadiq qaldığını və Aİ ilə Türkiyə arasında konstruktiv dialoqun, o cümlədən gömrük ittifaqının modernləşdirilməsinin inkişafını dəstəklədiyini təsdiqləyib.

Bizim.Media

Seçilən
22
bizim.media

1Mənbələr