“Mançester Yunayted” yanvar transfer pəncərəsində “Atletiko Madrid”in yarımmüdafiəçisi Konor Qallaxeri heyətinə qatmaq niyyətindədir. İngiltərə nəhəngi bu transfer üçün ciddi büdcə ayırıb.
Fanat.Az xəbər verir ki, “qırmızı şeytanlar” futbolçu üçün “Atletiko Madrid”ə 60 milyon avro dəyərində təklif göndərməyə hazırlaşır. Klub rəhbərliyi Konorun orta sahəyə dinamizm və kreativlik qatacağına inanır.
Məlumatı “365 Scores” nəşri yayıb.
Madrid “Atletiko”sunda son mövsümlərdə əsas heyətin vacib üzvünə çevrilən futbolçuya həm İngiltərədən, həm də İspaniyadan maraq var. Lakin “Mançester Yunayted”in təklifi maliyyə baxımından ən cəlbedici variant kimi görünür.
Kamil Xudiyev