AZ

Venesuela Rusiya ilə yanaşı Çin və İrandan da hərbi yardım istəyib

Maduro Si Tsinpinə məktub göndərib – Karakas ABŞ-la gərginlik fonunda müdafiə sistemlərini gücləndirməyə çalışır...

Poliqon xəbər verir ki, The Washington Postun məlumatına görə, Venesuela hökuməti son həftələrdə milli müdafiənin möhkəmləndirilməsi məqsədilə bir neçə ölkəyə, o cümlədən Rusiyaya, Çinə və İrana hərbi yardım müraciəti ünvanlayıb.

Qəzetin əldə etdiyi sənədlərə əsasən, prezident Nikolas Maduro Çin Xalq Respublikasının sədri Si Tsinpinə göndərdiyi məktubda “ABŞ və Venesuela arasında gərginliyin artmasına qarşı durmaq üçün hərbi əməkdaşlığın genişləndirilməsi”ni təklif edib. O, həmçinin Çin istehsalı olan radiolokasiya aşkarlama sistemlərinin istehsalının sürətləndirilməsini istəyib.

Sənədlərdə qeyd olunur ki, Venesuelanın nəqliyyat naziri Ramon Selestino Velaskez son həftələrdə İrandan hərbi avadanlıq və pilotsuz uçuş aparatlarının tədarükünü əlaqələndirib. Nazir yaxın vaxtlarda Tehrana səfər hazırlığı çərçivəsində iranlı rəsmilərlə yazışmalarında bildirib ki, Karakas “passiv aşkarlama sistemlərinə”, “GPS siqnalboğucularına” və təxminən 1000 kilometr uçuş məsafəsinə malik pilotsuz aparatlara ehtiyac duyur.

Ekspertlərə görə, bu addımlar Maduro hökumətinin ABŞ-la münasibətlərdə artan gərginlik fonunda regiondakı hərbi balansı qorumaq və öz hava məkanını müdafiə qabiliyyətini artırmaq səylərinin tərkib hissəsidir. Venesuela son aylarda da Rusiyadan silah, hərbi təlim və texniki dəstək almaqla bağlı danışıqları intensivləşdirib.

Poliqon.info

Seçilən
16
2
poliqon.info

10Mənbələr