AZ

Gənc təşəbbüskarların ideyası – “GuideBot” startapı

“GuideBot” layihəsi Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənərək gənclərin innovativ təhsildə iştirakını gücləndirir

Azərbaycanın gənc təşəbbüskarları tərəfindən hazırlanmış “GuideBot” adlı startap layihəsi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə uğurla həyata keçirilir. Layihə Rəqəmsal qrand C kateqoriyası üzrə 4300 manat qrant qazanaraq gənclərin qısa video formatında innovativ texnologiyalar və elm tarixi haqqında biliklər əldə etməsinə şərait yaradır.

Layihənin rəhbəri Anar Məmədovun sözlərinə görə, “GuideBot”un əsas məqsədi gənclərə yeni məlumatları süni intellektin köməyi ilə daha qısa, maraqlı və effektiv formada təqdim etməkdir. “Bizim hədəfimiz gəncləri müasir texnologiyalara yaxınlaşdırmaq, onlarda öyrənməyə maraq yaratmaq və innovativ düşüncə tərzini formalaşdırmaqdır”, – deyə o bildirib.

“GuideBot” komandası tərəfindən hazırlanan videolar insanlıq tarixində mühüm rol oynamış texnoloji yeniliklər, elmi kəşflər və müasir innovasiyalar barədə maarifləndirici məzmun təqdim edir. Bu videoların məqsədi gənclərin həm elmi biliklərini artırmaq, həm də təhsildə yeni rəqəmsal metodlarla tanış olmalarına imkan yaratmaqdır.

Layihə komandası yaxın gələcəkdə videomaterialların sayını artırmağı, müxtəlif sosial platformalarda yayımlanmasını təmin etməyi və təhsil sahəsində yeni rəqəmsal həllər təqdim etməyi planlaşdırır.

“GuideBot” layihəsi həm region gənclərinin, həm də ümumilikdə Azərbaycan gəncliyinin texnoloji və intellektual inkişafına mühüm töhfə verməyi qarşısına məqsəd qoyur.

Seçilən
22
moderator.az

1Mənbələr