AZ

143 ildir inşa edilən kilsə ən hündür adını qazandı

İspaniyanın Barselona şəhərində 143 ildir inşa edilən məşhur Sagrada Familia Bazilikası dünyanın ən hündür kilsəsi adını qazanıb. Metbuat.az xəbər verir ki, məşhur memar Antoni Qaudinin şah əsəri hesab edilən Sagrada Familianın mərkəzi qülləsinə yeni bir hissə əlavə edilib. Bununla Sagrada Familianın hündürlü 163 metrə çatıb. Bu, Almaniyada 134 metrlə rekord hündürlüyə malik Ulmer Münster Katedralını üstələyib. Məlumata görə, Sagrada Familia Bazilika kilsəsi tamamlandıqdan sonra onun hündürlüyü 172 metrə çatacaq.

Qeyd edək ki, illər ərzində müxtəlif memarlar layihəyə töhfələr veriblər. Tikinti tamamilə ziyarətçi gəlirləri hesabına maliyyələşdirilir.

Seçilən
16
metbuat.az

1Mənbələr