AZ

Müğənninin kövrək etirafı: “Anam o pulu başımdan səpdi və dua etdi” – VİDEO

Mən Türkiyəyə getməli idim. Mənimlə gedən bütün uşaqlar müəyyən miqdarda pul götürmüşdülər – biri 500 dollar, biri 1000 dollar. Mən isə atama dedim ki, mən də bir az pul aparmalıyam. Atam çox zəhmətlə pul qazanırdı. Biz artıq təyyarəyə getməyə hazırlaşanda o, cibindən 50 dollar çıxartdı və dedi:

-Qızım, bu qədər düzəldə bildim, apar bunu.

NOCOMMENT.az xəbər verir ki, bu barədə müğənni “Rəngarəng” verilişində bildirib.

O anın dəyərini sözlə izah etmək çətindir. Mən o pulu xərcləmədim. Türkiyədə kim hara gedirdisə, mən onlara qoşulmur, “yox, mən istirahət eləmək istəyirəm” deyirdim.

Seçilən
26
nocomment.az

1Mənbələr