AZ

FİA Meksika Qran-Prisində baş verən insidentlə bağlı açıqlama yayıb

Beynəlxalq Avtomobil Federasiyası (FİA) Meksika Qran-Prisində baş verən qalmaqallı hadisə – marşalların trası “Racing Bulls” pilotu Liam Lousonun qarşısından keçməsi ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, qurumun bəyanatında bildirilib ki, telemetriya məlumatlarının təhlilindən sonra Lousonun qaydalara tam əməl etdiyi təsdiqlənib:

“Telemetriya analizindən sonra təsdiq edirik ki, Liam Louson kifayət qədər sürəti azaltdı və ikiqat sarı bayraqların tətbiqinə düzgün reaksiya verdi. O, həmin dövrədə digər dövrlərlə müqayisədə daha tez əyləci basıb və birinci döngəni xeyli yavaş keçib. Pilot hadisədə günahkar deyil” 

Bundan əvvəl Meksika Avtomobil Federasiyası məsuliyyəti pilotun üzərinə atmış, Lousonun sarı bayraqlar rejimində hərəkəti davam etdirdiyini iddia etmişdi.

Qeyd edək ki, hadisə zamanı yeni zelandiyalı pilot əsas pelotondan geri qalırdı və trasda təkbaşına hərəkət edirdi. “Racing Bulls” sürücüsü sonradan startdakı qəzanın nəticələrinə görə yarışı dayandırıb. Qran-pridə qalib isə “Maklaren” komandasının pilotu Lando Norris olub və bu nəticə ilə ümumi sıralamada liderliyə yüksəlib.

Seçilən
30
90deqiqe.az

1Mənbələr