ABŞ prezidenti Nigeriyada baş verən zorakılıqları “xristianlara qarşı soyqırımı” adlandırdı və Konqresə təcili araşdırma tapşırığı verib...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Nigeriyada xristianlara qarşı zorakılıqlarla bağlı sərt bəyanat yayıb. O, ölkədə minlərlə xristianın radikal islamçılar tərəfindən qətlə yetirildiyini bildirərək Nigeriyanı “xüsusi narahatlıq doğuran ölkə” elan edib.
“Xristianlıq Nigeriyada mövcudluq təhlükəsi ilə üz-üzədir. Minlərlə xristian öldürülür. Bu kütləvi qırğına görə radikal islamçılar məsuliyyət daşıyır. Mən Nigeriyanı ‘xüsusi narahatlıq doğuran ölkə’ elan edirəm. Lakin bu, yalnız başlanğıcdır. Əgər xristianlar və ya başqa bir qrup kütləvi şəkildə məhv edilirsə, (3100 qətlə yetirilən, dünyada ümumilikdə 4476 nəfər) hərəkətə keçmək vacibdir!”, deyə Tramp bəyan edib.
ABŞ lideri konqresmen Rayli Mura, Nümayəndələr Palatasının büdcə komitəsinin sədri Tom Koula və Assiqnasiyalar Komitəsinə bu məsələni dərhal araşdırmaq və hesabat təqdim etmək göstərişi verib.
Tramp əlavə edib ki, ABŞ belə vəhşiliklər qarşısında səssiz qala bilməz: “Biz buna biganə qala bilmərik, Nigeriyada və bir çox başqa ölkələrdə bu cür vəhşiliklər yaşanarkən. Biz hazırıq, qətiyyətliyik və dünyadakı Böyük xristian icmamızı qorumaq üçün gücümüz var!”
Siyasi müşahidəçilərin fikrincə, Trampın bu çıxışı administrasiyasının dini azlıqların müdafiəsini beynəlxalq siyasətin prioritetinə çevirməyə çalışdığını göstərir. Nigeriyada son illərdə “Boko Haram” və digər silahlı qrupların xristian kəndlərinə hücumları nəticəsində minlərlə dinc sakin həlak olub.
Poliqon.info