AZ

“Hacıbala Abutalıbov Ramiz Mehdiyevin yanından gəlib bizə dedi ki…”

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyev qalmaqallı fikirlər səsləndirib.

Milli.Az xəbər verir ki, o, Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin namaz və azana qadağa qoyduğunu bildirib.

Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov bir gün Ramiz Mehdiyevlə görüşdən qayıtdıqdan sonra onun sərt tələbini açıqlayıb. "Bizə dedi ki, bugündən Bakı şəhər icra hakimiyyətində namaz yığışdırılsın və azan səsi gəlməsin, azan insanları narahat edir. Məscidlərə tapşırıldı ki, azan səsi kəsilsin. Azan səsi kimi narahat edə bilər? Şeytanları, qeyri müsəlmanları... Onun qeyrətli, vətəninə, millətinə bağlı insanları görməyə gözü yox idi" deyə o, çıxışını tamamlayıb.Lalə Qüdrətova

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
3
news.milli.az

4Mənbələr