ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqı Şurasının 19-cu anti-Rusiya sanksiyalar paketini təsdiqləməsinə cavab olaraq yeni məhdudiyyətlər tətbiq edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Nazirliyin saytında yayılan bəyanatda bildirilib. Qeyd olunub ki, bir sıra Avropa qurumlarının və Qərb dövlətlərinin nümayəndələrinə Rusiyaya giriş rəsmi şəkildə qadağan edilib.
Məlumata görə, qadağa təhlükəsizlik orqanlarının, hökumət və kommersiya təşkilatlarının əməkdaşlarına, eləcə də Ukraynaya hərbi və maliyyə dəstəyi verən şəxslərə şamil olunur.
Hədəf alınan şəxslər arasında Rusiyanın ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən, Rusiya gəmilərinin blokadasında və ikili təyinatlı malların tədarükündə iştirak edən şəxslər də var.
Bəyanatda həmçinin qeyd olunur ki, bu qərar Rusiya rəhbərliyinə qarşı “tribunal” və ya “məhkəmə” yaradılmasını təşviq edən, eləcə də Rusiya dövlət əmlakının müsadirəsini müdafiə edən şəxslərə də aiddir.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.