Belarusun tanınmış müxalifət fəallarından olan Roman Protaseviç kəşfiyyat xidmətinin əməkdaşı olduğunu etiraf edib.
Teleqraf xəbər verir ki, bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko Protaseviçin milli kəşfiyyata işlədiyuni bildirmişdi.
"Mənim şərhim qısa olacaq: bəli, mən bu məlumatı təsdiq edə bilərəm, hazırda deyə biləcəyim tək şey budur", - Protaseviç bildirib.
Belarusda "Nexta Telegram" kanalının yaradıcılarından biri Roman Protaseviç 2021-ci il mayın 23-də Minsk Milli Hava Limanında Rusiya vətəndaşı Sofiya Sapeqa ilə birlikdə saxlanılıb. Minsk vilayət məhkəməsi 2023-cü il mayın 3-də Protaseviçi 8 il müddətinə azadlıqdan məhrum edib. Lakin həmin il mayın 16-da o, Aleksandr Lukaşenko tərəfindən əfv olunub.