ain.az, Unikal.az saytına istinadən bildirir.
Qloballaşmaya, texnologiyaya və nəqliyyatdakı irəliləyişlərə baxmayaraq, dünyada hələ də ziyarət edə bilməyəcəyiniz yerlər var.
"Unikal" həmin yerləri təqdim edir:
Vatikanda gizli arxiv
Bu arxivdə 85 kilometr rəf, 35.000 cild ədəbiyyat, son 12 əsrdə bəşər tarixini əhatə edən sənədlər qorunur. Buradakı arxivdə yüksək dərəcədə məxfi sənədlər var. Məsələn, uzun müddətdir itirildiyi düşünülən Tampliyer Cəngavərlərinin məhkəmə transkriptləri və ya 1521-ci ilə aid Martin Lüteri kilsədən qovan Papa Bullunun əmri. Vatikan gizli arxivində, həmçinin, ən böyük gizli ədəbiyyat kolleksiyası da var. Lakin təxmin etdiyiniz kimi, oraya daxil olmaq asan deyil. Yalnız az sayda akkreditə olunmuş alimlərin arxivə girişi var.

Braziliyada Keymada-Qrandi adası
San-Paulo sahillərindən təxminən 100 kilometr məsafədə yerləşən bu toxunulmamış ada yer üzündə cənnət kimi görünə bilər. Amma bu yalnız ilk baxışdan belədir. Keymada-Qrandi, sözün əsl mənasında, ölümcül ilanlarla doludur. Alimlərin hesablamalarına görə, adanın hər kvadrat metrində 1-5 ilan var. Həmçinin nəzərə almaq lazımdır ki, bu ilanların güclü zəhəri dişləmənin ətrafındakı əti əridib bir neçə dəqiqə ərzində insanı öldürə bilər.

51-ci Sahə, ABŞ
Nevada ştatının cənubundakı səhranın ortasında yerləşən hərbi baza 1950-ci ildə inşa edilib. Sərhədləri hasarlanmamış, narıncı dirəklər və xəbərdarlıq nişanları ilə işarələnmişdir. Sirr aurası sayəsində məşhur 51-ci Sahə yer üzündəki ən gizli yerlərdən biri hesab olunur. Baza ilə bağlı iddialara görə, buradan yadplanetli texnologiyalarını və ya gizli nüvə silahlarını sınaqdan keçirmək üçün istifadə edilir. Bu iddialarla bağlı iİndiyə qədər heç bir aydın dəlil və ya inandırıcı təkzib yoxdur.

Surtsey adası, İslandiya
1963-cü ildə güclü vulkan püskürməsi planetin ən gənc adalarından birini yaratdı. Surtsey tez bir zamanda bakteriya, göbələk və kif üçün cənnətə çevrildi. Sonradan adadakı bitki və heyvan növlərinin sayı eksponensial olaraq artdı. Təbii tarazlığı qorumaq üçün yalnız tədqiqatçılara Surtseyə baş çəkməyə icazə verilir.

Lasko mağaraları, Fransa
Eramızdan əvvəl 18-15-ci əsrlərə aid edilən, atlar, öküzlər, bizonlar və bir neçə pişik təsviri olan təxminən 600 rəsm əsəri məşhur Lasko mağarasının daxili divarlarını bəzəyir. 1963-cü ilə qədər ərazi turistlər üçün açıq idi. Lakin alimlər çoxsaylı ziyarətçilərin buraxdığı karbon qazının rəngarəng təsvirləri məhv etdiyini aşkar etdilər. Bu gün mağaranı yalnız seçilmiş bir neçə nəfərin ziyarət etməsinə icazə verilir.

Qlobal Toxum Anbarı, Norveç
Əfsanəvi toxum anbarı Yer üzündə bitki örtüyünün məhv olmasının qarşısını almaq üçün inşa edilib. Nüvə müharibəsi və meteorit düşməsi kimi digər qlobal fəlakətlər hələ də ehtimal olunur. 4,5 milyon toxum nümunəsi olan bank 120 metr dərinlikdə yerləşir və partlayışa davamlı qapılarla təchiz olunub. Buna görə də, adi insanların ora girməsinə icazə verilmir.

Nuranə Abbasova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.