Bizim media saytına istinadən ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxan bu gün Heydər Əliyev adına Sarayda konsert verib.Bizim.Media xəbər verir ki, sənətçi çıxışı zamanı kövrəlib.“Ayrılıq” mahnısını səsləndirən Röya fikirləri ilə hər kəsi təsirləndirib:“Bütün ayrılıqları qaldıra biləcək çiynim və gücüm var. Təkcə əbədi ayrılıqdan başqa… Ölüm-itim olmasın, eybi yox keçsin orda dayansın, amma salamat olsun. Əbədi ayrılıq yaşamayaq, bütün sevənlər də bir-birinə hörmət etsin”.Qeyd edək ki, estrada ulduzunun atası Yaqub Nəcəfov avqust ayında vəfat edib.
Sara, Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.