AZ

Dünyanın ən yaxşı otelləri

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"The World's 50 Best Hotels" dünyanın ən yaxşı 50 otelinin siyahısını açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahı qurumun rəsmi saytında açıqlanıb.

Jürinin qərarına görə, Honkonqdakı "Rosewood" dünyada ən yaxşı otel adına layiq görülüb. Burada ən ucuz nömrə 650 dollardır. Ekspertlər "Rosewood"u sadəcə, "dəbdəbəli cənnət" adlandırıblar.

İkinci yerdə Banqkoqdakı "Four Seasons" qərarlaşıb. Bu oteldə ən ucuz nömrə 450 dollardır.

İlk "üçlüy"ü ötən il birinci olan "Capella Bangkok" qapayıb. 600 dollardan başlayan nömrələrə sahib otelin hansı səbəbdən liderliyi əldən verməsi açıqlanmır.

Yeri gəlmişkən, Top-10-luqda aşağıdakı otellər yer alıb: "Passalacqua" (Komo, İtaliya), "Raffles Singapore", "Atlantis The Royal (Dubay), "Mandarin Oriental Bangkok", "Chable Yucatan" (Meksika), "Four Seasons Firenze" (Florensiya, İtaliya), "Upper House Hong Kong".

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
65
525.az

1Mənbələr