ain.az bildirir, 525.az portalına istinadən.
İsveçdə balıq tutmaq üçün soxulcan axtaran şəxs xəzinə tapıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, mis qutuda orta əsrlərə aid sikkələr və zinət əşyaları olub.
İsveçli qutunu evinin yaxınlığında aşkarlayıb. Amma evin harada yerləşdiyi barədə məlumat verilmir. Çünki hazırda həmin ərazidə arxeoloqlar işləyir.
6 kq çəkisi olan qutu eroziyaya məruz qalsa da, içində olan 20 minə yaxın sikkə yaxşı saxlanılıb. Orta əsrlərdə İsveçdə döyülmüş gümüş sikkələrin üzərində kral Knut Erikssonun, Qotland adasındakı kilsənin və yepiskopun şəkilləri əks olunub. Xəzinənin dəyəri mütəxəssislər tərəfindən hesablanır.
Qeyd edək ki, İsveç qanunlarına görə tapılan xəzinələr dövlətə məxsusdur. Xəzinə tapan şəxsə isə müəyyən kompensasiya ödənilir.
L.Tağıyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.