AZ

ABŞ və Kanada ticarət danışıqlarını bərpa etməyəcək - Tramp

BAKI,TurkicWorld

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir bu gün “Telegram” kanalında yayımlanan yeni video ilə yenidən mübahisələrə səbəb olub. Kadrda nazir yerə uzadılmış, əlləri arxadan qandallanmış fələstinli məhbusların qarşısında dayanır və İsrailin “terrorçu” adlandırdığı şəxslərə edam cəzasının tətbiq olunmasını tələb edir.

Bu görüntülər Ben Qvirin yaxın həftələrdə Knessetə təqdim etmək istədiyi yeni qanun layihəsi ilə bağlı mübahisələrin fonunda ortaya çıxıb. Layihə israillilərə qarşı hücumlarda ittiham edilənlərin ölüm cəzasına məhkum edilməsini nəzərdə tutur.

Videoda radikal sağçı mövqeyi ilə tanınan Ben Qvir deyir:

“Bu adamlar (Hamasın hərbi qanadının xüsusi bölməsi) uşaqlarımızı, qadınlarımızı və körpələrimizi öldürmək üçün gəlmişdilər. İndi onlara minimum həyat şəraiti verilir. Amma görüləsi iş hələ var - terrorçular edam olunmalıdır.”

İsrail qanunlarına görə “terror fəaliyyəti”nə görə ittiham olunan şəxslər ömürlük həbs cəzasına məhkum edilə bilər. Lakin Ben Qvir 7 oktyabr hadisələri sonrası ölkədə yüksələn hiddətdən yararlanaraq cəzaların sərtləşdirilməsi üçün çalışır.

O, əgər layihə 9 noyabradək Knessetin gündəliyinə daxil edilməzsə, hökumət koalisiyasını tərk etməklə hədələyir. Bu isə artıq daxili təzyiq altında olan Baş nazir Benyamin Netanyahu üçün əlavə siyasi risk yaradır.

Ben Qvir videonu paylaşarkən onu belə şərh edib:
“HƏMAS girovları işgəncə ilə öldürürdü. Soruşun, məhbəsimdən keçən hər hansı terrorçu geri qayıtmaq istəyərmi? Hamısı qorxur və titrəyir. Hücumların sayı da ciddi azalıb.”

Bu açıqlama israilli rəsmilərin fələstinli məhbuslara qarşı sərt rejim tətbiq etdiyini göstərən daha bir nümunə kimi qiymətləndirilir.

Bu, Ben Qvirin məhbusları hədəf alan ilk videosu deyil. Avqustda yayılan digər videogörüntüdə o, israildə həbsdə olan və fələstinli milli hərəkatın tanınmış liderlərindən biri sayılan Marvan Barquətiyə təhdid səsləndirmişdi. Barquətinin fiziki cəhətdən zəiflədiyi görüntülər geniş müzakirələrə səbəb olmuşdu və bir çox müşahidəçilər bunu siyasi mesaj və psixoloji təzyiq kimi qiymətləndirmişdi.

Seçilən
28
turkic.world

1Mənbələr