AZ

Hakan Fidan: Monteneqroda vətəndaşlarımıza qarşı hücumlarla bağlı tədbir görülməsini gözləyirik

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Monteneqronun xarici işlər naziri Ervin İbrahimoviçlə görüşüb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, görüş zamanı bir neçə gün əvvəl Monteneqroda türk vətəndaşlarının iştirakı ilə baş vermiş insident müzakirə olunub.

Xarici İşlər Nazirliyinin mənbələrinə görə, Türkiyə tərəfi məsələ ilə bağlı tədbir görülməsini tələb edib.

Nazir Hakan Fidan bununla bağlı narahatlığını ifadə edib:

“Monteneqrodakı vətəndaşlarımızın təhlükəsizliyinə və hüquqlarına yönəlmiş hücumların təkrarlanmaması üçün hər cür tədbirin görülməsini gözləyirik”- deyə nazir qeyd edib.

Seçilən
57
apa.az

1Mənbələr