AZ

Ardıcıl ikinci dəfə La Liqada ayın oyunçusu seçildi

style='margin-bottom:10px;'>

“Real”ın hücumçusu Kilian Mbappe oktyabr ayında La Liqanın ən yaxşı oyunçusu seçilib. 

QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, fransız futbolçu ardıcıl ikinci dəfə sorğuda qalib olub. O, sentyabrda da La Liqanın ən yaxşı futbolçusu adına layiq görülmüşdü. 

Mbappe “Real”ın oktyabrda keçirdiyi hər üç çempionat matçında – “Barselona”, “Hetafe” və “Villareal”la görüşlərdə qol vurub. Bununla da o, komandasının liderliyini qorumasında böyük pay sahibi olub. 

Xatırladaq ki, Mbappe sentyabrda La Liqada meydana çıxdığı 4 matçın hamısında fərqlənməyi bacarmışdı. 

Əlavə edək ki, fransız forvard hazırda 11 qolla La Liqanın bombardiridir. O, ən yaxın izləyicilərini 5 top qabaqlayır. 

Seçilən
62
2
teleqraf.com

3Mənbələr