AZ

Top-klubların transfer siyahısındadır - 17 yaşlı yarımmüdafiəçi

“Bayern”in 17 yaşlı yarımmüdafiəçisi Lennart Karlın çıxışı İngiltərə klublarında böyük maraq doğurub.

Gənc futbolçu artıq Münhen klubunun heyətində həm UEFA Çempionlar Liqasında, həm də Bundesliqada qol vurmağı bacarıb.

Ümumilikdə isə o, baş məşqçi Vensan Kompaninin rəhbərliyi altında 12 oyuna çıxıb.

Sportinfo.az “City Xtra”-ya istinadən xəbər verir ki, “Mançester Siti”nin nümayəndələri almaniyalı futbolçunun inkişafını yaxından izləyir və “Bayern”lə yeni müqavilə üzrə danışıqlar uğursuz alınarsa, onu transfer etməyə hazırdırlar.

Karlla “Arsenal” və “Çelsi”nin də maraqlandığı bildirilir. Onun “Bayern”lə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Seçilən
74
sportinfo.az

1Mənbələr