AZ

Tədqiqat: Qorxu filmləri narahatlıq hissini azaltmağa kömək edir

Yeni elmi araşdırmaya görə, qorxu filmlərinin populyarlığının əsas səbəblərindən biri onların beynə idarəolunan qorxu mühiti təqdim etməsidir.

Musavat.com xəbər verir ki, alimlər bu qənaətə beynin “proqnozlaşdırıcı işləmə” (predictive processing) modeli əsasında gəliblər. Bu nəzəriyyəyə görə, beyin daim ətrafdan gələn siqnallar barədə proqnozlar qurur və onların nə dərəcədə doğru olduğunu qiymətləndirir.

Qorxu filmləri izləyən zaman insan beyni bu proqnoz və reaksiyaları “təhlükəsiz sınaq şəraitində” yoxlayır. Beləliklə, beyin həm qeyri-müəyyənliklə mübarizə aparmağı, həm də təhlükə hissinə nəzarət etməyi öyrənir.

Tədqiqat müəlliflərinin fikrincə, bu proses beynin adaptasiya qabiliyyətini gücləndirir və real həyatda yaranan nəzarətsiz narahatlıq və gərginlik hisslərini azaltmağa kömək edir. 

 

Musavat.com

Seçilən
66
1
musavat.com

2Mənbələr