AZ

Berlində dron təhlükəsi hava limanının işini pozdu

BAKI, 01 noyabr. TELEQRAF

Almaniyanın Berlin-Brandenburq (BER) beynəlxalq hava limanında 31 oktyabr axşamı naməlum dronun aşkar olunması səbəbindən aviareyslərin fəaliyyəti müvəqqəti olaraq pozulub.

Teleqraf xəbər verir ki, bu barədə "DPA" agentliyi məlumat yayıb.

Hadisə nəticəsində bir sıra uçuşlar gecikib, bəziləri isə başqa hava limanlarına yönləndirilib. Xüsusilə Bazel, Oslo və Barselona istiqamətinə reyslər təxirə salınıb, London, Mançester, Stokholm və Antalya istiqamətlərindən uçan təyyarələr digər şəhərlərə yönəldilib.

Brandenburq polisinin məlumatına görə, dron hava limanı yaxınlığında görünüb, lakin yerini müəyyənləşdirmək mümkün olmayıb.

Son aylarda bənzər insidentlər Almaniyada bir neçə dəfə qeydə alınıb.

Seçilən
76
teleqraf.com

1Mənbələr