AZ

BMT ABŞ-ni Karib dənizindəki zərbələri dayandırmağa çağırdı

BAKI, 01 noyabr. TELEQRAF

BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk ABŞ-nin Karib dənizində və Sakit okeanın şərq hissəsində gəmilərə endirdiyi hava zərbələrinin qəbuledilməz olduğunu bildirib və onların dərhal dayandırılmasını tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə "CNN"ə istinadən məlumat yayıb.

Türkün sözçüsü Ravina Şamdasani BMT brifinqində qeyd edib ki, bu hücumlar beynəlxalq insan hüquqları qanunlarını pozur və insan itkilərinə səbəb olur.

“ABŞ belə hücumları dərhal dayandırmalı, gəmilərdəki insanların məhkəməsiz edamlarının qarşısını almaq üçün bütün tədbirləri görməlidir,” – o bildirib.

Komissarlıq həmçinin hava zərbələrinin araşdırılması üçün müstəqil istintaq aparılmasını təklif edib.

Seçilən
29
teleqraf.com

1Mənbələr