Almaniyada Berlin-Brandenburq Beynəlxalq Hava Limanının (BER) işi oktyabrın 31-də axşam naməlum dronun görünməsi səbəbindən müvəqqəti dayandırılıb.
Bu barədə DPA agentliyi yazıb.
Məlumata görə, bir çox uçuşlar digər hava limanlarına yönləndirilib. Bundan əlavə, uçuş və eniş zamanı da gecikmələr müşahidə olunub. Xüsusən Bazel, Oslo və Barselonaya uçuşlar təxirə salınıb. London, Birmingem, Mançester, Stokholm, Helsinki və Antalyadan uçuşlar digər hava limanlarına yönləndirilib.
Brandenburq polis sözçüsü ilkin məlumata əsaslanaraq bildirib ki, şahidlərdən biri hava limanının yaxınlığında dron olduğunu bildirib. Patrul maşının heyəti də dronu görüb. Lakin dronun yerini müəyyən etmək mümkün olmayıb.