AZ

Maduro: ABŞ Venesuelanın neft və qazına görə maraqlıdır

BAKI, 01 noyabr. TELEQRAF

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ni ölkəsinin resursları uğrunda müharibə açmaqda ittiham edib.

Teleqraf xəbər verir ki, bu barədə o, Karakasda keçirilən Geniş Karib Parlament Forumunun bağlanış mərasimində çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, ölkənin neft, qaz, qızıl, su və münbit torpaqları ilə strateji coğrafi mövqeyi səbəbindən ABŞ diqqətini Venesuelaya yönəldib.

Maduro həmçinin bildirib ki, son altı ay ərzində qarşılaşdıqları “qorxunc təhdidlərə” baxmayaraq, Venesuela xalqı dayanıqlı olub.

Seçilən
28
2
teleqraf.com

3Mənbələr