AZ

Alman turist 60 il öncə oğurladığı kəllə sümüyünü Vyana kilsəsinə qaytardı

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Şimali Almaniyadan olan kişi 60 il əvvəl gənc turist ikən oğurladığı kəllə sümüyünü Vyanadakı Müqəddəs Stefan Kilsəsinə qaytarıb.

Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Oğru kilsəyə məktub da yollayıb. O, məktubunda peşmanlığını ifadə edib və ömrünün sonunda daxili rahatlıq tapmağa çalışdığını vurğulayıb.

Kilsədən bildirilib ki, binanın altında 18-ci əsrdə dəfn edilmiş təxminən 11.000 insanın qalıqları var. Almaniyalı turist kəlləni məhz kilsənin altındakı katakombalara ekskursiya zamanı götürüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
oxu.az

1Mənbələr