ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Venesuela Prezidenti Nikolas Maduronun hakimiyyəti sona yaxınlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə “New York Post” qəzetinə danışan Ağ Evə yaxın mənbə bildirib.
“Maduronun erası sona çatır, azad və firavan Venesuelanın şəfəqi açılır”, – deyə məlumatda qeyd olunub.
Mənbənin sözlərinə görə, bir neçə gün sonra Maduro yalnız keçmiş zamanda mövcud olacaq.
Bu bəyanat ABŞ-ın Venesueladakı hərbi bazalara zərbə endirməyə hazır olduğu barədə xəbərlərin fonunda səslənib. Vaşinqton hesab edir ki, bu zərbələr Maduroya sadiq “Kartel de los Soles” adlı komandanlıq strukturunu məhv etməyə yönəldilib.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.