AZ

Alimlər veyplərin ölümcül təhlükəsi barədə xəbərdarlıq ediblər

Bakı. Trend:

Virciniya Birlik Universitetinin tədqiqatçıları məktəblilərdənmüsadirə edilmiş veyplərdə nikotin, spirt və hətta bakteriya vənəcis çirklənməsi izləri aşkar ediblər.

Trend-in məlumatına görə, tədqiqatın müəlliflərinin fikrincənəticələr genişmiqyaslı bir problemin — yeniyetmələr arasındaqanunsuz və təhlükəli cihazların yayılmasının göstəricisidir.

Tədqiqat universitetin Məhkəmə-toksikoloji tədqiqatlarlaboratoriyasından professor Mişel Pisin rəhbərliyi altındaaparılıb. 2024–2025-ci tədris ili ərzində komanda Virciniyaştatının məktəblərində müsadirə edilmiş 1300 elektron siqaretitoplayıb və analiz edib.

“Bu iş uşaqların hansı maddələri qəbul etdiklərini göstərir vəonların daha çox nəyə üstünlük verdiklərini anlamağa kömək edir.Veypdən istifadə ictimai sağlamlığa və uşaqlarımızıntəhlükəsizliyinə ciddi təhdid yaradır”, - deyə o, qeyd edib.

Alimləri həm mayedə, həm də istifadəçinin nəfəs aldığı aerozoldaaşkar etdikləri xüsusilə bakteriyaların, maya göbələklərinin vəkoliform bakteriyalarının (nəcis çirklənməsi) mövcudluğu narahatedib. Bəzi hallarda mikroorqanizmlərin konsentrasiyası normadanartıq olub. bu da tənəffüs yollarında infeksiya və iltihab riskiyaradır.

Həkimlər qeyd edirlər ki, yeniyetmələrin beyin inkişafının aktivdövründə nikotin və toksik kimyəvi maddələrin təsirinə məruzqalması asılılıq və idrak pozuntuları riskini artırır. Yantəsirlərə öskürək, başgicəllənmə, təngnəfəslik, tənəffüs yollarınınxroniki qıcıqlanması və ağciyər zədələnməsi daxildir.

Seçilən
46
az.trend.az

1Mənbələr