AZ

Türkiyədə 42 qanunsuz miqrant saxlanıldı

BAKI, 01 noyabr. TELEQRAF

Türkiyənin İzmir vilayətinin Çeşmə və Seferihisar sahillərində 42 qanunsuz miqrant saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Çeşmə açığında aparılan patrul zamanı şübhəli qayıq aşkarlanıb. Sahil Mühafizəsi qayıqla müdaxilə edərək 4-ü uşaq olmaqla 30 miqrantı saxlayıb.

Seferihisar sahilində isə daha bir qayıq dayandırılıb və 2-si uşaq olmaqla 7 miqrant saxlanılıb. Əraziyə yönəldilən jandarma qüvvələri əlavə 5 nəfəri də quru sahədə müəyyən edib.

Eyni bölgədə mühərriki sıradan çıxan qayıqda olan 3-ü uşaq olmaqla 24 miqrant Sahil Mühafizəsi tərəfindən xilas edilib.

Seçilən
50
teleqraf.com

1Mənbələr