"Yuventus"un yeni baş məşqçisi Luçano Spaletti klub tarixinə düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə "Football İtalia" məlumat yayıb.
66 yaşlı mütəxəssis "qoca sinyora" tarixinin ən yaşlı məşqçisi olub. Bundan əvvəlki rekord isə digər italiyalı məşqçi Mauritsio Sarriyə məxsus idi - 60 yaş.
Spaletti Turin klubu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayıb. O, bu vəzifədə İqor Tudoru əvəzləyib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta